Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Ukrayna üçün “Marşall planı”-Şarl Mişel bu gün yeni yardım planının əsasının qoyulacağını bildirir

                      “Bu gün Ukrayna ilə bağlı “Marşall planı”nın əsası qoyula bilər”.

Yenixeber.org: Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu gün, mayın 5-də Polşanın paytaxtı Varşavada keçiriləcək Ukraynaya yardımla bağlı konfrans ərəfəsində “Interfaks – Ukraina”ya müsahibəsində deyib.

“Varşavada keçiriləcək donor konfransın Ukrayna ilə bağlı Avropa “Marşal planı”nın başlanğıc nöqtəsi olacağına inanıram. Biz bunu etməliyik. Biz Ukraynanı mümkün qədər güclü dəstəklədiyimizi göstərməliyik”, – o bildirib.

Ş.Mişel Rusiyanın Ukraynaya hərbi müdaxiləsini İkinci Dünya müharibəsi ilə müqayisə edib: “Bu əsrdə Ukraynaya qarşı müharibə humanitar faciədir. Bu gün uzaqgörən liderlər ayağa qalxmalı və cəsarətli olmalıdırlar. Biz Ukraynanı təkcə sözlə, çıxışlarımızla dəstəkləməli deyilik. Bu, kifayət deyil. Bizə pul, güclü siyasi iradə lazımdır”.

Qeyd edək ki, “Marşall planı” və ya rəsmi adı ilə “Avropanı bərpa proqramı” İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Avropaya yardım proqramıdır. Bu təşəbbüs 1947-ci ildə ABŞ dövlət katibi Corc C. Marşall tərəfindən irəli sürülüb və 1948-ci ilin aprelindən qüvvəyə minib. Planın həyata keçirilməsində 17 Avropa ölkəsi, o cümlədən Qərbi Almaniya iştirak edib.

“Marşall plan”ı Qərbi Avropada müharibədən sonra sülhün bərqərar olmasına töhfə verib. Planın məqsədi müharibə nəticəsində dağılmış Avropa iqtisadiyyatını bərpa etmək, ticarət əngəllərini aradan qaldırmaq, Avropa ölkələrinin sənayesini modernləşdirmək, kommunistləri güc strukturlarından sıxışdırıb çıxarmaq və bütövlükdə Avropanı inkişaf etdirmək olub.

“Marşall planı”na SSRİ iqtisadiyyatının müharibədən sonrakı yenidən qurulmasına yardım da daxil idi, lakin Sovet İttifaqının rəhbərliyi proqram çərçivəsində yardımın bütün formalarından imtina edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam