Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Volodimir Zelenski -“Rusiya Ukraynada dayanmayacaq”

 

“Rusiya Ukraynada dayanmayacaq”.

Yenixeber.org: Bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində yazıb.

“Bunu bütün sivil dünya anlayır. Ona görə də onlar düşmənə qarşı mübarizə aparmaqda bizə kömək edirlər. Sivil dünyada Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanğıc olduğunu anlamayan adam, demək olar, qalmayıb. Rusiya rəhbərliyinin son məqsədi təkcə Ukrayna ərazisini ələ keçirmək deyil, bütün mərkəzi və şərqini parçalamaqdır. Bu, Avropa və demokratiyaya qlobal zərbə deməkdir”, - Zelenski yazıb.

Prezident əlavə edib ki, sivil dünyanın özünümüdafiə hüququ var və bu səbəbdən Ukraynaya daha çox kömək edəcək.

Xatırladaq ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi, səfir Maykl Karpenter Rusiyanın Ukraynaya qarşı müharibəsinin məqsədinin demokratik yolla seçilmiş hakimiyyəti devirmək və yeni konstitusiya hazırlamaq olduğunu bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam