Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

ABŞ - Çin aviaşirkətlərinin tələbini rədd etdi

ABŞ Nəqliyyat Departamenti Çin aviaşirkətlərinin iki ölkə arasında həftədə bir neçə uçuş həyata keçirmək tələbini rədd edib.

Yenixeber.org: Bu barədə Nəqliyyat Departamenti məlumat yayıb.

Qeyd olunur ki, bu tədbir ABŞ və Çin hava yolları arasında müntəzəm sərnişin daşımalarının paritetini qorumaq məqsədi daşıyır.

Xatırladaq ki, Tramp administrasiyası Çinin ABŞ şirkətlərinə uçuş icazəsi verməməsinə cavab olaraq, Çin mülki aviasiya daşıyıcılarının Birləşmiş Ştatlara uçuşlarına qadağa tətbiq etməyə başlayıb.

Bu qərar Çinin ABŞ-a uçuşlar həyata keçirən böyük aviaşirkəti olan "Air China", "China Eastern", "China Southern", habelə "Xiamen Airlines"ə tətbiq edilib.

ABŞ şirkətləri pandemiya ilə əlaqədar olaraq martın 12-dən Çinə sərnişin təyyarələrinin uçuşlarını dayandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam