Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Baş nazirin qatilinin adı açıqlandı-34 il sonra

 

İsveç prokurorluğu 1986-cı ildə su-qəsd nəticəsində öldürülən ölkənin Baş naziri Ulof Palmenin qatilinin adını açıqlayıb.

Yenixeber.org: Xarici KİV-lər bildirir ki, qətldə şübhəli bilinən Stiq Enqstrom 2000-ci ildə intihar edib. Prokurorluq onun Baş naziri sol görüşlərinə görə öldürdüyünü güman edir. Şübhəliyə ittiham irəli sürməyin mümkünsüzlüyü səbəbindən cinayət işi bağlanıb.

Ulof Palme 1986-cı ildə xanımı ilə kinoteatrdan çıxıb evə qayıdan zaman yolda güllə ilə vurulmuşdu. Həmin gecə o, mühafizəçini evinə buraxmışdı. Hadisədən sonra mindən çox insan dindirilsə də, qatili müəyyən etmək mümkün olmamışdı.

Qətlin baş verdiyi gün həmin ərazidə yerləşən ofisdə ləngiyən “Skandia” sığorta şirkətinin əməkdaşı Stiq Enqstrom cinayət işinə şahid kimi cəlb edilmişdi. Jurnalist Tomas Petersson hadisədən 18 il sonra Enqstromun, əslində, qatil olduğu versiyasını səsləndirmişdi.

Ulof Palme 1969-1976 və 1982-1986-cı illərdə İsveçin Baş naziri vəzifəsində çalışıb. O, ölkədə fəaliyyət göstərən Sosial-Demokratik partiyasına rəhbərlik edib və sol görüşləri ilə məşhur olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam