Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün -Qaydalar

“Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi Qaydası” Elm və Təhsil Nazirliyinin Kollegiyasının Qərarı ilə tənzimlənir.

Yenixeberorg.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, qaydalara əsasən, I sinfə qəbul üzrə müsahibə zamanı uşağın tədris dilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasında qiymətləndirilir:

- dinləyib-anlama bacarığı;

- rabitəli danışma bacarığı;

- söz ehtiyatı;

- hərf və səsləri anlama və tələffüz etmə.

II-XI siniflər üzrə müsahibə zamanı şagirdin tədris dilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasında (hər sinif üzrə tələblər sadədən mürəkkəbə doğru dəyişməklə) qiymətləndirilir:

- dinləyib-anlama bacarığı;

- oxu bacarığı;

- danışma bacarığı;

- yazı bacarığı.

Sektor müdiri yekun olaraq bildirib ki, yazı bacarığının yoxlanılması tədrisi digər dillərdə aparılan bölmələr üzrə 1-ci sinfə qəbul prosesinin müsahibə mərhələsində yox, 2-11-ci siniflər üzrə müsahibə zamanı yoxlama meyarıdır.

Linkə keçid edərək qaydalarla daha ətraflı tanış ola bilərsiniz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam