Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tramp: İran limanlarını blokadaya alan Amerika dəniz qüvvələri piratlar kimi hərəkət edir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran limanlarını blokadaya alan Amerika dəniz qüvvələri piratlar kimi hərəkət edir.

Yenixeberorg.com-un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri Amerika qüvvələri tərəfindən yaxın günlərdə bir gəminin ələ keçirilməsi ilə bağlı şərh verərkən bildirib.

"Biz gəmi, yük və neft üzərində nəzarəti ələ keçirdik. Bu, çox gəlirli bir işdir. Biz müəyyən mənada piratlar kimiyik. Amma biz oyun oynamırıq", - Tramp deyib.

Agentliyin məlumatına görə, ABŞ İran limanlarını tərk etdikdən sonra Asiya sularında bir sıra Tehran gəmilərini, eləcə də sanksiyalar altında olan konteyner gəmilərini və tankerləri saxlayıb.

ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda bölgədəki vəziyyət gərginləşməkdə davam edir. İran da öz növbəsində əksər xarici gəmilərin Hörmüz boğazından keçidini faktiki olaraq məhdudlaşdırıb və yalnız öz gəmilərinin keçməsinə icazə verib. Vaşinqton həmçinin İran limanlarına ayrıca blokada tətbiq edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam