Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olublar-FOTO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyində olublar.
Yenixeberorg.com-un məlumatına görə, diplomatlar Azərbaycan xalçaçılığının tarixi və tarixi eksponatlarla tanış olublar.
Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.
Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.










AZ
RU