ABŞ 5 min hərbçisini bu ölkədən çıxarır
ABŞ hərbi naziri Pit Heqset Almaniyadan 5000 ABŞ hərbçisinin çıxarılması ilə bağlı əmr imzalayıb.
Yenixeberorg.com: Bu barədə Pentaqon rəhbərinin İctimaiyyətlə Əlaqələr üzrə köməkçisi Şon Parnel bildirib.
O qeyd edib ki, Almaniyadan 5000 ABŞ hərbçisinin çıxarılması 6-12 ay ərzində başa çatacaq.
Xatırladaq ki, daha əvvəl Almaniyanın xarici işlər naziri Yohan Vadeful ABŞ qoşunlarının ölkəsindən çıxarılmasına təmkinli yanaşdıqlarını açıqlamışdı.(“Röyters“)










AZ
RU