Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Ukrayna Baş Prokurorluğu Poroşenkoya qarşı yeni ittiham irəli sürdü –Keçmiş prezidentin vəkilindən etiraz

Ukrayna Baş Prokurorluğu keçmiş prezident Pyotr Poroşenkoya qarşı yeni ittiham irəli sürüb. 

Yenixeber.org: TASS-ın verdiyi xəbərə görə, keçmiş prezidentin vəkili İlya Novikov bu ittihamları qeyri-qanuni adlandırıb.

O, Proşenkonun Ukraynanın Dövlət Araşdırmaları Bürosuna dindirilmə üçün çağırıldığını təsdiqləyib: “Dindirilmə başlanana qədər Baş Prokurorluğun bir əməkdaşı bizə yaxınlaşdı, ittiham haqqında məlumat verməyə çalışdı. Lakin onun davranışı qanun-qaydaya uyğun olmadığı üçün, ünsiyyət qurmaqdan imtina etdik”. 

Novikovun sözlərinə görə, ittiham irəli sürülməsi ilə bağlı məlumat parlament deputatına Baş prokuror İrina Venediktova tərəfindən təqdim edilməlidir.

Proşenkonun “Avropa həmrəyliyi” partiyasının mətbuat xidmətindən isə bildirilib ki, Ukraynanın Dövlət Araşdırmaları Bürosu Proşenkoya Sergey Semoçkonun Xarici Kəşfiyyat İdarəsinin müavini təyin edilməsi işi ilə əlaqədar ittiham irəli sürmək niyyətindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam