Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Ruslar yeni snayper hazırlayırlar - Hədəfi 7 kilometrdən vuracaq

Ruslar yeni snayper hazırlayırlar - Hədəfi 7 kilometrdən vuracaq

Rus silah istehsalçıları tərəfindən atış mənzili 7 kilometrə çatan yeni snayper tüfəngi hazırlanır. 

Yenixeber.org: 7 kilometr məsafədən hədəfi vura bilən DXL-5 tipli tüfəngdə artan kalibr və güc güllələri istifadə edilə bilir. Hazırda ən uzun məsafəli tüfəng olaraq qəbul edilən Sumrak snayper tüfənginin də istehsalçısı olan "Lobayev Arms"ın baş direktoru Vladislav Lobayev yeni tüfəng haqqında danışıb: 

"Güvənli atış məsafəsi 3, maksimum məsafə 6-7 kilometr olan tüfəng üzərində işləyirik. Proyektin adını DLX-5 olaraq müəyyənləşdirdik. DLX-4 və DLX Vazmezdiye də bu ailəyə aiddir. Dünyanın snayper tüfəngi bazarında bu məsafəyə sahib olan bir tüfəng yoxdur. Onun gülləsi əvvəl istifadə etdiyimiz güllələrdən daha böyükdür və ilk sürətində fərqlilik göstərən tamamilə yeni bir məhsuldur. Ona görə də kalibr və digər detallarla bağlı bütün hər şeyi indidən açıqlamaq istəmirəm". 

Qeyd edək ki,Sumrak snayper tüfənginin güvənli atış məsafəsi 2.5, maksimum məsafə isə 4.2 kilometrdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam