Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Səfirlik: Türkiyədə 10 minə yaxın vətəndaşa yardım edilib

Səfirlik: Türkiyədə 10 minə yaxın vətəndaşa yardım edilib
Türkiyədə qalan Azərbaycan vətəndaşlarına yardım edilir.
Yenixeber.org: Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyədə geniş yayılmış koronavirus infeksiyası (COVID-19) ilə bağlı bu ölkədə həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması şəraitində, ölkə rəhbərliyinin tapşırığına əsasən, Türkiyəyə müvəqqəti gəlmiş və hazırda Vətənə dönə bilməyən, bəzi məişət və inzibati zəminli problemlərlə üzləşən Azərbaycan vətəndaşlarının, həmçinin şəxsi vəsaitləri hesabına Türkiyədə təhsil alan və maddi imkanları məhdud olan tələbələrimizin müəyyən bir qisminə bu dövr ərzində dəstək göstərilməsi məqsədilə onlara 01.04.2020 tarixdən etibarən Azərbaycanın Türkiyədəki səfirliyinə müraciət etmələri üçün imkan yaradılıb.

"Bu günədək daxil olan 22 000-ə yaxın müraciətin böyük bir qismi səfirlik tərəfindən təhlil olunub və bu kateqoriyaya aid olan 10 000-ə qədər vətəndaşımıza Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə qida və yaşayış təminatı ilə bağlı yardım edilib.

Qeyd edək ki, müraciət edən vətəndaşlarımızın rahatlığının artırılması, daxil olmuş müraciətlərin emalı prosesinin sistemləşdirilməsi və yardımların çatdırılması prosesinin sürətləndirilməsi məqsədilə bu gündən etibarən müraciətlərin qəbulu prosesinin yeni istifadə verilmiş elektron sistem üzərindən aparılmasına başlanılmışdır (www.support.edu.az).

Hazırda qalan və yeni daxil olan müraciətlərin də təhlil olunmaqdadır və mövcud vəziyyət davam etdiyi dövrdə qeyd olunan kateqoriyaya aid olan vətəndaşlarımıza dəstək veriləcək.

Eyni zamanda şəxsi məlumatlar yanlış və ya natamam qeyd olunduğundan, bəzi müraciətlərə baxılması zamanı problemlər yaranmışdır ki, həmin şəxslərdən, hələ də dəstəyə ehtiyacı olduğu təqdirdə, yeni sistem üzərindən təkrar müraciət edərək, əvvəlki müraciətlərini tamamlamaqları xahiş olunur",- deyə məlumatda qeyd olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam