Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

DİN bu məsələlərə aydınlıq gətirdi

 

 Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran bəzi məsələlərə aydınlıq gətirib.
Yenixeber.org: DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşı karantin rejiminin pozulması haqqında inzibati protokol tərtib etdikdən sonra İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolun sürəti mütləq qaydada barəsində icraat aparılan şəxsə verilir.

“Hazırda respublikanın digər rayonlarında olan Bakı qeydiyyatlı şəxslərin paytaxta qayıtmalarına icazə verilirmi, verilirsə onlar necə qayıda bilərlər” sualına cavab olaraq bildirilib ki, respublikanın şəhər və rayonlarına gedən, Bakı şəhəri üzrə daimi qeydiyyatda olan şəxslər öz avtomobilləri ilə, avtomobilləri olmayanlar isə rayonun və şəhərin hüdudunadək taksilərdən istifadə etməklə paytaxta geri qayıda bilərlər.

O da qeyd olunub ki, ərzaq və dərman almaq üçün, habelə bank və poçt xidmətlərindən istifadə etmək üçün SMS vasitəsilə icazəsi olan şəxslər 2 saat müddətində ev heyvanlarını da gəzdirə bilərlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam