Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Naxçıvanda koronavirus şübhəsilə karantinə alınan xəstə var? - RƏSMİ AÇIQLAMA

“Hazırda Naxçıvan Muxtar Respublikasında koronavirus şübhəsilə karantinə alınan xəstə yoxdur”.

Yenixeber.org: Bunu açıqlamasında Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Əsgərov bildirib.

H.Əsgərov qeyd edib ki, Naxçıvanın İranla sərhədi tam bağlanıb:

“Türkiyə ilə sərhəd açıq olsa da, məhdudlaşdırma var. Yəni avtovağzallar, hava limanı, sərhəd tam gücləndirilmiş reimdə çalışır. Bura daxil olan, eyni zamanda, bizdən Türkiyəyə gedən avtomobillər dezinfeksiya edildikdən sonra buraxılır. Türkiyəyə sərnişin təyyarələri də, quru yolla nəqliyyat vasitələri də işləyir, gündəlik ərzaq məhsulları gətirilir-aparılır.  Bütün avtovağzallarda, hava limanında müşahidə kameraları vasitəsilə insanların hərarəti uzaq məsafədən ölçülür, dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir”.

Nazirlik rəsmisinin sözlərinə görə, virus təhlükəsi səbəbilə hər bir gömrüyün yaxınlığında müvafiq xəsəxanalar ayrılıb:

“Əgər virus aşkarlanarsa, xəstələr xüsusi ayrılmış palatalara yerləşdiriləcək. Şükülər olsun ki, hələlik bütün palatarlar boşdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam