Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

“Azərbaycanda dostluq yüksək dəyərləndirilir” - Zakir Həsənov

"Sizi qonaqpərvər Azərbaycan torpağında salamlamağıma şadam. Azərbaycanda dostluq və xalqlarımızın ümumi irsi yüksək dəyərləndirilir. İlk növbədə Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti 77-ci iclasının Azərbaycanda keçirilməsi barədə qəbul olunmuş qərara görə Sizə öz təşəkkürümü bildirmək istərdim".
Yenixeber.org: Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının iclasında deyib.

Nazir bildirib ki, bu iclasın Bakıda keçirilməsi bizim üçün böyük şərəfdir. "Ümid edirəm ki, bugünkü iclas çox səmərəli, dolğun keçəcək və münasibətlərimizin gələcək inkişafına xidmət edəcək. Biz ümid edirik ki, bugünkü iclasımız ölkələrimiz arasında əməkdaşlığın inkişafına və dərinləşməsinə əlavə stimul verəcək, əməkdaşlığın yeni perspektivlərini müəyyən edəcək, habelə dövlətlərimizdə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəkdir. Fürsətdən istifadə edərək, bu iclasın təşkilində göstərdikləri səylərə və yardıma görə MDB Müdafiə Nazirləri Şurasının Katibliyindən olan həmkarlarımıza minnətdarlığımı bildirmək istərdim".

Z.Həsənov daha sonra qeyd edib: "Ümid edirəm ki, hamınız Azərbaycanda olmağınızdan məmnun qalacaq və Bakı ilə daha yaxşı tanış olmaq və bu gün ölkəmizdə baş verən pozitiv dəyişiklikləri yaxından müşahidə etmək imkanını əldə edəcəksiniz. Sonda burada olan hər bir kəsə ölkələriniz naminə qarşınızda duran məsuliyyətli və mühüm məsələlərin həllində uğurlar və səmərəli işləməyi arzu edirəm".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam