Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

"Sərhədlərin toxunulmazlığı vacibdir" - BMT-dən Qarabağa açıqlaması

"Sərhədlərin toxunulmazlığı vacibdir" - BMT-dən Qarabağa açıqlaması
"BMT dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığını vacib hesab edir".
Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında BMT Baş Assambleyasının Prezidenti Tijjani Muhammad-Bande deyib.

O bildirib ki, BMT beynəlxalq hüququn formalaşmasına öz dəstəyini verib və dövlətlərin sərhədlərinin toxunulmazlığını vacib sayır: "Biz bütün dövlətləri də buna əməl etməyə çağırırıq. BMT-də qəbul edilmiş qətnamələr bunu nümayiş etdirir. Dövlətlərin sərhədləri dəyişdirilməməli, sərhədlər toxunulmaz olaraq qalmalıdır".

"Biz razılaşma olmadan güc tətbiq etməklə dəyişdirilmiş sərhədləri tanımırıq. BMT Təhkükəsizlik Şurasının, Baş Assambleyanın mövqeyi var və bu dəyişmız olaraq qalır. Bir mexanizm olmalıdır ki, bu cür münaqişələr həllini tapsın. BMT-nin rolu isə həmin mexanizmə yardım etmək olar. Hazırda Azərbaycan və Ermənistan arasında danışıqlar aparılır. Ümid edirik ki, dinc şəkildə münaqişə həllini tapacaq, - deyə Tijjani Muhammad-Bande vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam