Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Tramp Ərdoğanı təriflədi:“Gözəl işlər görür”

Tramp Ərdoğanı təriflədi: “Gözəl işlər görür”
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Türkiyəyə qarşı tətbiq edilən bütün sanksiyaların aradan qaldırılması üçün göstəriş verib.
Yenixeber.org: Bu barədə ABŞ lideri keçirdiyi mətbuat konfransında bildirib. Türkiyə prezidenti ilə yaxşı münasibətlərinin olduğunu vurğulayan Tramp deyib ki, Rəcəb Tayyib Ərdoğan ölkəsini sevən və gözəl işlər görən şəxsdir: "Biz yaxın zamanda bir araya gəlməliyik".

Tramp maliyyə naziri Steven Mnuçinə Türkiyəyə qoyulan bütün sanksiyaların aradan qaldırılması barədə təlimat verdiyini əlavə edib.

Qeyd edək ki, Türkiyə ordusunun Suriyanın şimalında “Sülh pınarı” əməliyyatına başlaması ilə əlaqədar ABŞ oktyabrın 14-də bu ölkəyə qarşı bir sıra sanksiyalar tətbiq etmişdi. Daha sonra ABŞ, ardınca Rusiya ilə əldə edilmiş razılaşma əsasında əməliyyatlar müvəqqəti dayandırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam