Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

İSTEFASINI AÇIQLAYAN AKİF ƏLİZADƏ: "Gənclərə yol vermək lazımdır, özüm isə direktor vəzifəsinə gedirəm"

“İstefa verirəm. Hesab edirəm ki, vaxtdır, gənclərə yol vermək lazımdır. Səhhətimdə də müəyyən problemlər var”.

Yenixeber.org: Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə istefa ərizəsi ilə bağlı REAL-a açıqlamasında deyib.

A. Əlizadə bildirib ki, bundan sonrakı fəaliyyətində də elmlə məşğul olacaq:

“AMEA-nın Geologiya İnstitutuna direktor vəzifəsinə gedirəm. Akademiyanın vəziyyəti bu gün yüksəliş yolundadır. İnanırasm ki, Akademiyanın bundan sonrakı inkişafı daha iri addımlarla gedəcək. Gənc kadrların gəlməsi, magistratura yolunun davamı ildən ilə AMEA-nən bütün isitiqamətlərinə hiss olunur. Prezidentin qayğısı ilə bu inkişaf davam etdiriləcək”.

“Akademiyada yerinizə iddialı nə qədər adam var” sualına isə A. Əlizadə belə cavab verib:

“Bu barədə düşünməmişəm. Akademiyanın üzvlərindən bu vəzifəyə layiqli insanlar var”.

“Geologiya İnstitutuna direktor vəzifəsinə təyin olunmaq sizə yaş baxımından problem yaratmayacaq ki” sualına cavabında isə A. Əlizadə bildirib ki, problem yaranarsa, oradadan da labaratoriya müdiri keçər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam