Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Bu rayonlara -qaz verilməsi dayandırılacaq

Bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək ölkənin bir neçə yerində qaz təchizatında dayandırmalar tətbiq olunacaq.

Yenixeber.org: Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, mövsümü işlərin icra olunması ilə bağlı Beyləqan rayonunun bir neçə kənd və qəsəbəsində, qaz xətlərində birləşdirmə işlərinin görülməsi ilə bağlı Abşeron rayonunun Müşfiqabad və 28 May qəsəbələrində, Qaz İxrac İdarəsinin ölçü qovşaqlarında quraşdırma işləri ilə əlaqədar Hacıqabul və Şirvan rayonlarının bir qrup abonentinin qaz təchizatında fasilələr yaranacaq.

Bundan başqa saat 10:00-dan etibarən sentyabrın 5-dək Qaz İxrac İdarəsinin həyata keçirdiyi yenidənqurma işləri ilə bağlı Ağstafa rayonunun bir neçə yaşayış məntəqəsində də qaz olmayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam