Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Ermənistanda kriminal avtoritetə məxsus - fondun rəhbəri ölkədən qaçmağa çalışıb

Biznesmen Artur Asatryanın ("Don Pipo" ləqəbli kriminal avtoritet) sahibi olduğu "Artur Asatryan" fondunun rəhbəri təşkilatın pullarını mənimsəyib və ölkədən qaçmağa çalışıb.

Yenixeber.org: Bu barədə  Ermənistan KİV-inə istinadən xəbər verir.

Amma fond rəhbəri gizlənə bilməyib. A.Asatryan onu yaxalatdıraraq məzəmmət edib və pulu borc verə biləcəyini vurğulayıb.

Mətbuatın yazdığına görə, kriminal avtoritetin belə davranmasına qohumluq əlaqələri səbəb olub. Belə ki, fond rəhbəri Eçməzdinin Əmlak Kadastrı Komitəsinin keçmiş rəhbərinin oğlu Artur Asatryanın bacanağıdır.

Həmçinin fond rəhbəri bir dəfə öz "qaçırılma" əməliyyatını təşkil edərək atasından 1 milyon dollar pul istəyib.

Qeyd olunur ki, "məxməri inqilab"dan sonra yaradılan fond xeyriyyə layihələrini həyata keçirmək məqsədlidir, lakin son vaxtlar mənimsəmə səbəbindən layihələr azalıb.

A.Asatryanın özü əvvəlcədən müəyyən şəxslərlə əlbir olaraq və insan sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə 3 nəfəri qaçırmaqda, habelə qanunsuz silah əldə etməkdə və saxlamaqda şübhəli bilinir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam