Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Xüsusi Dövlət Mühafizə Xidmətinin nümayəndəsi - Pakistanda səfərdə olub

 

Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) rəhbərliyinin təşəbbüsü ilə xidmətin Diplomatik Nümayəndəliklərinin Mühafizə İdarəsinin rəisi Ceyhun Qəmərli Pakistanda səfərdə olub.

Yenixeber.org:  XDMX-dən  bildirilib ki, o, İslamabad şəhər polis idarəsinin rəisi general Amir Zülfüqar və Sərhəd Hərbi polisinin İslamabad region rəhbəri Muhammad İmran Sethi ilə görüşlər keçirib.

Görüşdə ölkələr arasında münasibətlərin yüksək səviyyədə olması vurğulanıb və hazırda Azərbaycan və Pakistan hüquq mühafizə və güc strukturları arasında yüksək əməkdakdaşlıq münasibətlərinin olduğu qeyd edilib. 

Eyni zamanda XDMX və Pakistanın anoloji qurumları arasında işgüzar münasibətlərin yaradılmasının zəruriliyi diqqətə çatdırılıb. 

Görüşlərin sonunda XDMX rəisi adından İslamabad şəhər polis rəisi Amir Zülfiqar və Sərhəd Hərbi polisinin komandanı Muazzam Şah Ansariyə hədiyyələr və xatirə plaketləri təqdim olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam