Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Baş Nazirin müavini:"Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur"

 "Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur. Ölkədə mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur"

Yenixeber.org: Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov YAP-da jurnalistləri mükafatlandırma mərasimində deyib.

Ə.Əhmədov qeyd edib ki, bu gün sosial şəbəkələr də informasiya vasitəsinə çevrilib: "Bu, informasiyanın operativ çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Lakin bu zaman məsuliyuət məsələsi meydana çıxır. Belə ki, doğru xəbərlərlə yanaşı, yanlış informasiyalar da bu vasitə ilə yayılır. Sosial şəbəkələrdə süi-istifadə hallarına da rast gəlinir. Bu isə cəmiyyətə çaşqınlıq, narahatlıq yarada bilər".

Əli Əhmədov bildirib ki, zaman keçdikcə bu problem də aradan qalxacaq.

"Azərbaycan müasir cəmiyyət kimi söz və mətbuat azadlığına təminat verir. Azərbaycan cəmiyyəti inkişaf edir, müasirləşir, təkmilləşir. Bu inkişafa mətbuatı da daxil etmək olar. İnsanların həyat tərzinin daha da yaxşılaşdırılnası ilə bağlı müxtəli tədbirlər görülür. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən son zamanlar verilən sərəncamlar xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar mətbuatımızın diqqət mərkəzindədir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam