Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Sabah -Bakıda güclü külək əsəcək

 

Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə saatlarında yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindənverilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 26-31, Bakıda gecə 22-24, gündüz 28-30 dərəcə isti təşkil edəcək. 

Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq. Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. 

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, leysan xarakterli intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 21-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti təşkil edəcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam