Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Ermənistan - enerji sistemindəki qəzaya görə İranı günahlandırıb

Ermənistan baş vermiş enerji qəzasına görə İranı günahlandırıb.

Yenixeber.org:  Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan jurnalistlərə açıqlamasında bildirib ki, hələlik qəzanın baş verməsinin dəqiq səbəbləri bilinmir.

Nazir müavinin sözlərinə görə, Ermənistanda qeydə alınmış qəzanın İrandan qaynaqlandığı ehtimal edilir.

"Biz iranlı həmkarlarımızla əlaqə saxladıq. Təsdiq etdilər ki, onlarda da analoji qəza baş verib. Bu qəzanın baş verməsinə səbəb olaraq ən ağlabatan variantdır. Məsələ ilə bağlı, işçi qrup yaradılıb. Səbəblər araşdırılacaq, günahkarlar cəzalandırılacaq" - nazir müavini vurğulayıb.

Qeyd edək ki, Ermənistanın enerji sistemində qəza baş verib. Bu gün səhər saatlarından İrəvanın enerji təchizatında problemlər yaşanır. Şəhərdə telefon və internet fasilələrlə işləyir.

İrəvan metrosunda da problemlər yaranıb. Metropolitenin direktoru Qevorq Avetisyan sərnişinlərin təxliyə olunduğunu bildirib. Artıq 12 min sərnişinin təxliyə olunduğu bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam