Redaktor seçimi
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Günün xəbəri

Bu gün hava belə olacaq

 Ölkə ərazisində bu günə gözlənilən hava proqnozu açıqlanıb.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11°, gündüz 12-14° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, ŞuşaXocalıXocavəndQubadlı, ZəngilanLaçınKəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı proqnozlaşdırılır.

Qazax, Gəncə, GoranboyTərtərAğdamFüzuliCəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 10-15° isti olacağı ehtimal edilir.

BalakənZaqatalaQaxŞəkiOğuzQəbələİsmayıllıAğsuŞamaxıSiyəzənŞabranXızıQubaXaçmazQusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, YevlaxGöyçayAğdaşKürdəmirİmişliAğcabədiBeyləqanSabirabadBiləsuvarSaatlı, Şirvan, HacıqabulSalyanNeftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

MasallıYardımlıLerikLənkəranAstara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 13-15° isti, dağlarda gecə 4-8° isti, gündüz 9-13° isti təşkil edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam