Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Vahid Ələkbərov 2.2 milyon dollara Krımda torpaq aldı

 

Krımın Rusiyanın tərkibinə qatılmasından bəri ilk dəfə yarımadada kənd təsərrüfatı təyinatlı torpaq sahəsi satılıb.

Xeberinfo.com:   Məlumata görə, hüquqi baxımdan Ukrayna dövlətinin mülkiyyətində olan 36 hekardan çox torpaq sahəsini azərbaycanlı oliqarx, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov alıb. Torpaq sahəsi bundan əvvəl üzümçülük müəssisəsinin balansında olub. Torpaq sahəsinin satış qiymətinin olduqca aşağı olduğu bildirilir.

Ukrayna mənbələrində yer alan xəbərə əsasən  torpaq sahəsini hələ yanvarın sonlarında hərracda satıblar. Vahid Ələkbərov 36.4 hektar torpaq üçün cəmi 163 milyon rubl (təxminən 2.2 milyon dollar) ödəyib. Lakin Krımda torpağın sotunun bazar qiyməti nəzərə alınanda bu məbləğ olduqca aşağı hesab edilir. Bununla belə V.Ələkbərov torpağı almaqla riksə gedir. Çünki Krıma qarşı ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyalar tətbiq edilib. Görünür qiymətin nisbətən aşağı olmasının səbəbi də bu riskin nəzərə alınmasından irəli gəlir. Krım hakimiyyəti qiyməti ucuz müəyyən edərək potensial müştəriləri cəlb etmək istəyir.

Jurnalistlər araşdırıblar ki, hərracın nəticəsində torpaq sahəsini Moskvada qeydiyyatdan keçmiş “Elias” MMC alıb. Bu MMC-in təsisçisi Marina Gennadyevna Romaniçevdir. Həmin şəxs eyni zamanda Vahid Ələkbərovun təsis etdiyi “Bizim gələcək” sosial proqramının rəhbəridir.

Torpaq alqı-satqısının sxemi olduqca mürəkkəbdir. Oliqarxın şirkəti bu məqsədlə bir neçə qurama firmadan istifadə edib. İndi jurnalistlər Ələkbərovun barəsində Ukrayna hüquq-mühafizə orqanları tərəfindən cinayət işinin açılmasını gözləyir.

Virtualaz.org 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam