Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Quterreşin müavini: BMT Azərbaycana minatəmizləmə işlərinə dəstəyini davam etdirir

BMT Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə fəaliyyətinə dəstəyini davam etdirir.

Yenixeberorg.com xəbər verir ki, bunu BMT Baş katibinin müavini Əminə Məhəmməd WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib.

O bildirib ki, Qarabağda həyata keçirilən bərpa və reinteqrasiya proqramları Azərbaycan hökumətinin səlahiyyətində olan məsələdir və davamlı sülhün təmin edilməsinə xidmət edir.

Əminə Məhəmməd qeyd edib ki, BMT hazırda Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərir.

“Bu, çox vacib fəaliyyətdir. Proses uzun müddət tələb edəcək. Eyni zamanda, bu iş etimadın formalaşdırılmasının və insanlar üçün daha təhlükəsiz icmaların yaradılmasının tərkib hissəsidir”, - BMT Baş katibinin müavini vurğulayıb.

Onun sözlərinə görə, təhlükəsiz yaşayış mühitinin yaradılması insanların öz evlərinə və icmalarına qayıdışı üçün əsas şərtlərdən biridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam