Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Viral olan görüntüsünün sirrini açıqladı-FOTOLAR

Hollivud ulduzu Con Travolta Kann Film Festivalında diqqətçəkən beretli obrazının arxasında hansı səbəbin dayandığını açıqlayıb.

Yenixeberorg.com-un xəbərinə görə, 72 yaşlı aktyor CNN-ə müsahibəsində bildirib ki, festival boyunca bir neçə dəfə beret taxması təsadüfi olmayıb.

“Köhnə rejissorlar beret və eynək taxırdılar. Mən də düşündüm ki, bunu edim”, – deyə Travolta bildirib.

Aktyor Kann Film Festivalına rejissorluq debütü olan “Propeller One-Way Night Coach” filmi ilə qatılıb. Filmdə onun qızı Ella Blu Travolta da rol alır.

Travolta festivalın açılış günündə şəxsi təyyarəsi ilə Kann şəhərinə gəlib və sosial şəbəkədə paylaşdığı videoda tünd göy rəngli beretlə görüntülənib. Daha sonra isə qırmızı xalçada qızı ilə birlikdə fil sümüyü rəngli beret və klassik kostyumda kameralara poza verib.

Məşhur aktyor bildirib ki, uzun illər kino sənayesində çalışsa da, bəzi tədbirləri bir-birindən ayırmaq çətin olub: “50 ildən çoxdur film çəkirəm, amma geriyə baxanda hadisələri bir-birindən seçə bilmirəm. Bu dəfə isə düşündüm ki, mən artıq rejissoram və rejissor kimi görünməliyəm”.

Travolta qeyd edib ki, bu obrazı yaratmaq üçün keçmiş dövrün məşhur rejissorlarının fotolarına baxıb.

O əlavə edib ki, gələcəkdə həmin görüntülərə baxanda bu dövrü dərhal xatırlamaq istəyir: “Geriyə baxanda biləcəyəm ki, bu, “Propeller One-Way Night Coach” filmi və Kann günləri idi”.

Festival çərçivəsində Travolta sürpriz şəkildə Fəxri “Qızıl Palma Budağı” mükafatına da layiq görülüb. Aktyor sosial şəbəkədə paylaşdığı mesajda mükafatı almaqdan böyük qürur duyduğunu bildirib: “Kannın “Qızıl Palma Budağı” mükafatı mənim üçün həmişə incəsənətin ən yüksək səviyyədə təcəssümü olub. Bu, sözlə ifadə edilə bilməyəcək qədər xüsusi hissdir”.

Qeyd edək ki, “Propeller One-Way Night Coach” filmi 29 maydan etibarən “Apple TV+” platformasında yayımlanacaq. Film Travoltanın 1997-ci ildə yazdığı eyniadlı uşaq kitabı əsasında ekranlaşdırılıb.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam