Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Qonşu ölkədə kütləvi etirazlar:Bu son döyüşdür,...

İranı kütləvi etirazlar: Bu son döyüşdür, Pəhləvi qayıdacaq


Gecə saatlarında İranın bir neçə şəhərində etiraz aksiyaları davam edib.

Yenixeber.org: Bu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi son müraciətində xalqı ümumxalq tətil və genişmiqyaslı etirazlara qoşulmağa çağırıb.

İqtisadi vəziyyətin ağırlaşmasına etiraz olaraq Tehran, İsfahan, Əhvaz, Şiraz, Kirmanşah və Nəcəfabad da daxil olmaqla, müxtəlif şəhərlərdə sahibləri dükanları bağlayaraq etiraz aksiyaları keçiriblər.

Tələbə təşkilatları və fəalların çağırışlarından sonra Tehran, İsfahan və Yəzd də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində tələbələr aksiyalara qoşulublar.

Etirazçılar aksiyalar zamanı “Diktatora ölüm”, “Nə Qəzza, nə Livan, canım İrana fəda”, “Vilayəti-fəqih sisteminə ölüm”, “Bu bahalılığa ölüm, sona qədər gedirik”, “Bu son döyüşdür, Pəhləvi qayıdacaq” və “Rza şah, ruhun şad olsun” kimi şüarlar səsləndiriblər.

Kirmanşah və Tehranda etiraz edən vətəndaşlar təhlükəsizlik qüvvələrinə müqavimət göstərərək, onları geri çəkilməyə məcbur ediblər.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam