Roma Papası Vatikanda Kenterberinin ilk qadın arxiyepiskopunu qəbul edib

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Anqlikan kilsəsi tarixində Kenterberi arxiyepiskopu vəzifəsini tutan ilk qadın Sara Malalli ilə görüşüb.
Yenixeberorg.com: Bu barədə "Reuters" məlumat yayıb.
Vatikanda baş tutmuş görüş zamanı 1534-cü ildə ayrılmış iki konfessiyanın liderləri qapalı müzakirə aparıb və daha sonra birgə ibadət ediblər.
Roma Papasına rəsmi müraciətində Malalli pontifikin müharibələri pislədiyi birbaşa ritorikasına görə ona təşəkkür edib.
Qeyd edək ki, Malalli 85 milyon anqlikanın mənəvi rəhbərliyinin başında duran ilk qadındır.










AZ
RU