Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

AZAL təyyarəsinin zədələnməsi döyüş başlığının dağıdıcı elementləri səbəbindən baş verib -ARALIQ HESABAT

 

AZAL-ın sərnişin təyyarəsinin zədələnməsi döyüş başlığının dağıdıcı elementləri səbəbindən baş verib, lakin onların mənşəyi müəyyən edilə bilməyib.

Yenixeber.org xəbər verir ki, bu, Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL şirkətinə məxsus Embraer 190 4K-AZ65 təyyarəsi qəzasını araşdıran komissiyanın aralıq hesabatında yer alıb.

Hesabatda, həmçinin təyyarənin 2 saylı hidravlik sistem borusunun zədələnməsinin sərt obyektlərlə təmas nəticəsində baş verə bilməsi və əmələ gələn dəliklərin metal ərintisindən hazırlanmış (polad əsasında) xarici obyektlər tərəfindən yarana biləcəyi ehtimal olunur.

Aviasiya hadisəsinin araşdırması çərçivəsində aşağıdakı tədqiqatlar aparılıb:

• Aşkar edilmiş xarici metal obyektlər (xarici cisimlər) üzrə kompleks (izotop, ballistik, partlayıcı və yanğın) ekspertiza aparılıb. Ekspertiza nəticəsində partlayıcı maddələrin izlərinə rast gəlinməyib. Üç oksigen balonunda aparılan araşdırmada partlayış izləri müəyyən edilməyib. Təyyarənin zədələnməsi ehtimalı döyüş başlığının dağıdıcı elementləri səbəbindən baş verib, lakin onların mənşəyi müəyyən edilə bilməyib.

• Hidravlik sistemin 2 nömrəli borusunun izotop ekspertizasını həyata keçirilib. Araşdırma nəticəsində boruda zədələnmələr olduğu müəyyən edilib. Zədələnmənin mexanizmi metalın sərt obyektlərlə təmas nəticəsində parçalanmasıdır. Dəliklər metal ərintisindən hazırlanmış (polad əsasında) xarici obyektlər tərəfindən yarana bilər.

• Avionika Modulyar blokundan çıxarılmış Mərkəzi Texniki Baxım Kompüterinin (Central Maintenance Computer) kaseti üzərində tədqiqat aparılıb. Termiki təsir nəticəsində kasetdən məlumatların çıxarılması mümkün olmayıb. Məlumatların çıxarılması üçün “Honeywell International Inc” şirkəti “Delkin Devices Inc” yaddaş kartı istehsalçısına müraciət etməyi tövsiyə edib. Hazırda Komissiya ABŞ nümayəndəsi ilə “Delkin Devices Inc” zavodunda tədqiqat aparılması barədə danışıqlar aparır.

• №1 və №3 Avionika Modulyar blokları çıxarılmış Qlobal Mövqe Sisteminin (GPS1 və GPS2) kasetləri tədqiq olunub. İş tamamlanıb, analiz aparılır.

Beləliklə, hazırda Araşdırma Komissiyası Mərkəzi Texniki Baxım Kompüterinin (Central Maintenance Computer) kaseti üzrə tədqiqatın tamamlanmasını və münaqişə zonaları üzərində və ya onların yaxınlığında uçuş risklərinin qiymətləndirilməsi işçi qrupu tərəfindən hesabatın hazırlanmasını gözləyir. Qeyd olunur ki, Araşdırma Komissiyası balanslı mövqe tutur və bütün nəticələr yalnız faktlara əsaslanaraq obyektiv şəkildə təqdim ediləcək. Aviasiya hadisəsinin araşdırmasının yekun hesabatı Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyinin saytında dərc olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam