Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“Nar” lotereyasında böyük finala az qaldı – “Li L9 Ultra” avtomobili səni gözləyir- FOTO

 

Sərfəli mobil operator “Nar”ın “Çoox Şanslı” stimullaşdırıcı lotereyası abunəçilərin həyatına sevinc qatmağa davam edir və abunəçilər arasında böyük maraq və həyəcan doğuran final mərhələsinə yaxınlaşır. Lotereyanın son və ən dəyərli hədiyyəsi olan 100 min manat dəyərində “Li L9 Ultra” avtomobili tezliklə öz sahibini tapacaq.

Yenixeber.org: İndiyədək “Çoox Şanslı” lotereyası çərçivəsində 8 “Haval H6 Ultra” avtomobili və 58 “Xiaomi Redmi Note 14 Pro” smartfonu qaliblərə təqdim olunub. Bu günədək toplanmış bütün şanslar final tirajında nəzərə alınacaq, eyni zamanda lotereyaya yeni qoşulan abunəçilər də final mərhələsində iştirak edərək “Li L9 Ultra” avtomobilini qazanmaq şansı əldə edə biləcəklər.

“Finala yaxınlaşdıqca lotereyaya marağın daha da artması bizi çox sevindirir. Bütün iştirakçılarımıza bu həyəcanlı mərhələdə uğurlar arzulayırıq”, – deyə “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib.

Qeyd edək ki, “Li L9 Ultra” avtomobilinin qalibi 7 yanvar tarixində canlı yayım zamanı elan olunacaq. Lotereyada iştirak etmək və finala şans qazanmaq üçün şanslı paketlərin aktivləşdirilməsi 31 dekabr tarixinədək mümkündür.

Şanslı paketlər:

· 1 AZN – 3 şans + bonus dəqiqələr → *71#YES

· 2 AZN – 7 şans + bonus dəqiqələr → *72#YES

· 3 AZN – 12 şans + bonus dəqiqələr → *73#YES

Abunəçilər topladıqları şansların sayını və iştirak statuslarını “Nar+” tətbiqi və nar.az veb səhifəsindəki xüsusi lotereya bölməsindən rahatlıqla izləyə bilərlər.

Daha ətraflı məlumat üçün: lotereya.nar.az/

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Narson 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam