Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Kamboca Tailandın ittihamlarını təkzib edir

 

Kamboca Milli Müdafiə Nazirliyi Tailand tərəfinin iki dövlət arasındakı sərhədə ağır silahların yerləşdirilməsi barədə bəyanatlarını rəsmi olaraq təkzib edib.

Yenixeber.org xəbər verir ki, bu barədə Kamboca KİV-i ölkənin müdafiə nazirliyinin nümayəndəsi Moli Soçeataya istinadən məlumat yayıb.

O, Tailand tərəfinin bəyanatını milli və beynəlxalq ictimaiyyəti çaşdıran və gərginliyi artıran dezinformasiya adlandırıb.

"Tailand ordusunun rəsmi səhifəsində yayımlanan bəyanatda Kambocanın ağır silahları və texnikanı sərhədə yerləşdirdiyi barədə məlumatlar yalandır. Kamboca atəşkəs razılaşmasını və ya iki dövlət arasındakı birgə sülh bəyannaməsini pozan heç bir hərəkət həyata keçirməyib", - Soçeata deyib.

Nazirlik nümayəndələri qeyd ediblər ki, Kamboca praktiki əməkdaşlığın irəli aparılması, sülh və sabitliyin möhkəmləndirilməsi və sərhəddəki vəziyyətin tez bir zamanda normallaşdırılması üçün bütün səviyyələrdə sıx əməkdaşlığı davam etdirəcək.

Soçeata həmçinin ictimaiyyəti və KİV-ləri müdafiə nazirliyinin yoxlanılmış rəsmi məlumatlarına əsaslanmağa çağırıb və qeyd edib ki, hərbi hadisələri siyasiləşdirmək və ya təhrif etmək cəhdləri regional sabitliyə təhlükə yaradır və Kamboca ilə Tailand arasında qarşılıqlı etimadı sarsıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam