Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Sahibə Qafarova: Azərbaycan dilinin qorunması dövlət siyasətinin prioritetləri siyahısındadır

 

"Azərbaycan dilinin qorunması dövlət siyasətinin prioritetləri siyahısındadır".

Yenixeber.org xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri, professor Sahibə Qafarova “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib.

“Bu konfransın məqsədi Azərbaycan dilinin qorunması və inkişaf strategiyalarını müzakirə etməkdir. Dil siyasətinin hüquqi və intusional bazasını gücləndirən orqan Milli Məclisdir. Azərbaycan dilinin inkişafı həmişə diqqət mərkəzimizdədir. Bu istiqamətdə Ulu öndər Heydər Əliyevin atdığı addımlar danılmazdır. Məhz ümumilli liderimizin əzmkarlığı sayəsində 1978-ci ildə Azərbaycan dilinə Dövlət dili statusu verildi”, - Sahibə Qafarova qeyd edib.

O bildirib ki, Azərbaycan dili inkişaf edir, lakin qlobal proseslər qarşıya yeni tələblə qoyur: “Sistemli yanaşmaya ehtiyac yaranır, Azərbaycan dilininn qarşısında yeni vəzifələr dayanır. Dilin saflığının qorunması, terminologiyaların elmi əsaslarla yenilənməsi, və s. dil sayəsitinin yeni mərhələsində təhsildə müasir metod və texnologiyalarla dil tədrisinin təkmilləşdirilməsi, ədəbi dil normalarının təkmilləşdirilməsi, Azərbaycan dilinin mədəni məkanda nüfuzunun artırılması və s. bu kimi məqsədlərin təmin edilməsi dövlətimiz üçün strateji əhəmiyyət daşıyır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam