Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir -Prezidentin köməkçisi

 

Təkmilləşdirmə nəticəsində Azərbaycanda gömrük siyasətinin strateji baxışı bir neçə əsas istiqamətdə formalaşacaq və daha səmərəli fəaliyyət göstərəcək.

Yenixeber.org xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, aparılan islahatlarla ticarət prosedurlarının optimallaşdırılması və sərhəd-keçid sisteminin modernləşdirilməsi prioritet olaraq saxlanılmalıdır.

“Rəqəmsal həllərin tətbiqi və prosedurların azaldılması əməliyyatların sürətlənməsinə şərait yaradacaq, ölkənin qlobal ticarət zəncirinə daha çevik inteqrasiyasını təmin edəcək. Qeyri-qanuni dövriyyə ilə mübarizə, subyektivlik risklərinin azaldılması və biznes mühitində bərabər rəqabət şəraitlərinin təmin olunması gələcəkdə də prioritet olmalıdır. İnsan kapitalının inkişafı, data əsaslı qərar qəbul etmə, "yaşıl gömrük" təşəbbüsləri və rəqəmsal transformasiya müasir idarəetmənin əsas elementləri olaraq qalacaq. Növbəti mərhələdə gömrük və biznes münasibətlərinin tənzimlənməsi sahəsində əsas prioritet "Etibarlı Tərəfdaşlığın" vicdanlı sahibkarların dəstəklənməsi olmalıdır. Vicdanlı sahibkarlara hərtərəfli dəstək və xüsusi diqqət göstərilməlidir. Eyni zamanda, qanunsuz əməliyyatlara qarşı təbii ki, sərt tədbirlər tətbiq edilməli və bazarın etibarlılığı artırılmalıdır. Bu yanaşma Azərbaycanın gömrük-logistika sistemini yüksək etimada malik və sahibkaryönümlü institusional modelə çevirəcək”, - deyə Ş.Mövsümov əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam