Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Tramp uşaqlara peyvəndlərlə bağlı 72 iynə vurulmasına qarşı çıxıb

 

ABŞ prezidenti Donald Tramp dekabrın 5-də ölkədə uşaqların həddən artıq peyvənd edildiyini bildirib, Səhiyyə və İnsan Xidmətləri Departamentinə təcili olaraq digər dövlətlərdə peyvənd cədvəllərini nəzərdən keçirməyi tapşırıb.

Yenixeber.org xəbər verir ki, o, bu barədə "Truth Social" nəşrində məlumat yayıb.

Amerika lideri Səhiyyə və İnsan Xidmətləri Departamentindən digər ölkələrdə peyvənd cədvəllərinin hərtərəfli qiymətləndirilməsini sürətləndirməyi və ABŞ-nin peyvənd cədvəlini nəhayət elmin və sağlam düşüncənin qızıl standartlarına əsaslanması üçün daha yaxşı kalibrləməsini tələb edən yeni direktivi imzaladığını söyləyib.

Tramp əmin olduğunu bildirib ki, agentliyin uşaqların maraqları naminə "bu tapşırığı tez və lazımi şəkildə yerinə yetirəcək". Onun sözlərinə görə, mövcud peyvənd cədvəli çoxdan tam sağlam uşaqlara 72 iynə vurulmasını tələb edir. O, bu vəziyyəti gülünc adlandırıb və qeyd edib ki, onun kimi bir çox valideyn və alimlər onun effektivliyinə şübhə edirlər.

Bu arada Ağ Ev direktivin mətnini dərc edib. Sənəddə qeyd edilib ki, ABŞ-nin Səhiyyə və İnsan Xidmətləri Departamenti "inkişaf etmiş ölkələrdə" peyvənd qrafiklərini öyrənməlidir. Nümunə kimi Almaniya, Danimarka və Yaponiya göstərilir ki, burada uşaqlar ABŞ-a nisbətən daha az xəstəliklərə qarşı peyvənd olunurlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam