Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Ərhürmandan Cənubi Kipr liderinə sərt reaksiya...

Ərhürmandan Cənubi Kipr liderinə sərt reaksiya...


Cənuni Kiprin lideri Nikos Xristodulidisin türk qoşunlarının adadan çıxarılması ilə bağlı bəyanatı qəbuledilməzdir.

Yenixeber.org: Bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Ərhürman deyib.

“Adada suveren hüquqlara malik iki bərabər qurucu ortaqdan biri olan Kiprin türk xalqının iradəsi olmadan, “zəmin” titulu olmayan dövlətlərlə bir çox hərbi müqavilələr imzalayan cənab Xristodulidisin bu mövzuda belə bir ilkin şərt irəli sürməyə çalışması doğru addım deyil.

Cənab Xristodulidin yuxarıda sitat gətirdiyim ifadəsinin mənim üçün heç bir hökmü yoxdur!”, - Ərhürman bildirib.

Qeyd edək ki, daha əvvəl Nikos Xristodulidis çıxışında Kipr probleminin adadan türk ordusunun çıxarılması və təhlükəsizliklə bağlı öhdəliklərin qəbul edilməyincə həllinin mümkünsüzlüyünü iddia edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Kiprin hər iki lideri arasında görüş keçirilmişdi.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam