Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

"Zədələnməyən nömrə sırf defis işarəsinə görə dəyişdirilmir" -RƏSMİ AÇIQLAMA

"Son günlər dövlət qeydiyyat nişanlarındakı defis işarəsi ilə bağlı yayılan məlumatlar müəyyən çaşqınlıq yaradıb. Qeyd edirik ki, defis işarəsinin olması nömrə nişanının etibarlılığına təsir etmir və hazırda istifadə olunan bütün dövlət qeydiyyat nişanları qüvvədədir".

Yenixeber.org: Bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib.

Rövşən Tağıyev: Zədələnməyən nömrə sırf defis işarəsinə görə dəyişdirilmir

O bildirib ki, mövcud qaydalara əsasən, nömrə nişanlarının dəyişdirilməsi yalnız zədələnmə, deformasiya və ya oxunmazlıq kimi hallarda mümkündür:

"Bunun istisnasında - təkcə defis işarəsinə görə nömrənin yenisi ilə əvəz edilməsinə ehtiyac yoxdur. Vətəndaşlardan xahiş olunur ki, yalnız defis işarəsinə görə nömrə dəyişdirmək üçün müraciət etməsinlər.

Sonda bir daha bildiririk: dövlət qeydiyyat nişanı hər hansı deformasiyaya məruz qalmayıbsa, onun dəyişdirilməsi həyata keçirilmir".

Qeyd edək ki, yeni qəbul edilmiş dövlət standartına əsasən, bundan sonra nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan defis işarəsi tətbiq olunmayacaq.(oxu.az) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam