Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Bu dövlət Rusiyaya nota verdi – SƏBƏB

Bu ölkə Azərbaycanın müdafiəsinə qalxdı – Rusiyaya nota verdi

Litva Rusiyaya nota göndərərək Ukraynaya qarşı raket hücumlarını və nəticədə Kiyevdə Azərbaycanın səfirliyinə dəyən ziyanı kəskin şəkildə pisləyib.

Yenixeber.org: Bu barədə Litvanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Vilnüs bildirib ki, 14 noyabrda Rusiya tərəfindən endirilən raket zərbəsi Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi ziyan vurub. Litva bu hadisəni Vyana Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirib.

“14 noyabr hücumu zamanı Rusiya raketi Azərbaycanın Kiyevdəki səfirliyinə dəyib. Bu, diplomatik nümayəndəliklərin toxunulmazlığına qarşı açıq təcavüz və Vyana Konvensiyasının ciddi şəkildə pozulmasıdır. Litva Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycan diplomatik nümayəndələri ilə tam həmrəyliyini ifadə edir”, -rəsmi bəyanatda qeyd olunur.

Litva XİN Rusiyanın davamlı raket hücumlarını beynəlxalq hüquqa zidd hesab etdiyini və bu cür addımların regional təhlükəsizliyi daha da gərginləşdirdiyini vurğulayıb. Baltik ölkəsi həm Ukrayna, həm də Azərbaycanla tam həmrəylik nümayiş etdirdiyini bir daha bəyan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam