Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Ölkədən yarım milyon dollar çıxaran yük maşını saxlanıldı

124304_res_01

Dağıstan prokurorluğu Azərbaycandan Rusiyaya qeyri-leqal yolla, yük maşınının kuzovunda 424 min ABŞ dolları keçirməyə cəhd edərkən yaxalanan K.Əliyevin işinə dair rəsmi məlumat yayıb.

Xeberinfo.com:   Məlumata görə, 2015-ci ilin sentyabrında K.Əliyev ona məxsus yük avtomobilinin kuzovunda gizlədərək 424 min ABŞ dollarını və 4.5 milyon rublu sərhəddən Rusiya ərazisinə keçirib. Lakin həmin şəxs Dağıstanla Azərbaycan sərhədindəki “Tahirkənd-Qazmalar” sərhəd-keçid məntəqəsində saxlanılıb və barəsində cinayət işi qaldırılıb. Yeni il ərəfəsində prokurorluq ona qarşı yekun ittihamı təsdiq edərək işi məhkəməyə göndərib. Cinayət işinə Məhərrəmkənd rayon məhkəməsi baxacaq. Həmin şəxs Dağıstan sakinidir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı milyardlarla dolların ölkədən çıxarılması nəticəsində yaranan ajiotaja görə ötən ilin dekabrında manatın ikinci kəskin devalvasiyasını elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam