Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Ölkədən kapital axını sürətlənib

 

Azərbaycandan xaricə pul axını sürətlənib. 

Xeberinfo.com:   Əldə etdiyimiz məlumata görə, 21 dekabr devalvasiyasından sonra iş adamları pullarını ölkədən çıxarır.Əslində bu tendensiya Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”ndan sonra başlamışdı.

Beynəlxalq Bankdan kredit götürən sahibkarların həbsi digər iş adamalarını da qorxutmuşdu. Bu baxımdan onlar xaricdə biznes qurmağı daha məqsədəuyğun sayaraq pullarını ölkədən çıxarmağa başlamışdılar.

Ekspertlər bildirir ki, ölkədən pul axınının sürətlənməsinin obyektiv səbəbləri var. Birinci səbəb manata olan inamın azalmasıdır. Iş adamları milli valyutaya bel bağlamadıqlarına görə xaricdə yatırım qoymağı daha üstün sayırlar. Başqa bir səbəb isəölkədə hökm sürən böhran nəticəsində alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsidir.

Başqa bir səbəb isə hökumətin neftin ucuzlaşması nəticəsində itirdiyi vəsaitləri iş adamlarının hesabına kompensasiya etmək niyyətidir. Mağazalara yüksək məbləğli cərimələr tətbiq olunması, sahibkarlardan müxtəlif adlar altında pul yığılması və s. bu kimi addımlar buna misal ola bilər.

 

Ekspertlər hesab edir ki, xaricə pul axının sürətlənməsi ölkədəki böhranın daha da dərinləşməsinə səbəb olacaq.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam