Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Spiker Misir Senatının sədri ilə görüşdü- FOTO

 

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.

Yenixeber.org: Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Əvvəlcə Misir Ərəb Respublikası Senatının sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar. Abdel Vahab Abdel Razeq Xatirə kitabını imzalayıb.

Sahibə Qafarova görüşdə iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu və səmimi dostluq üzərində qurulduğunu qeyd edib, bu səfərin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi və genişlənməsinə, həmçinin parlamentlərarası münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Misir Ərəb Respublikası Senatının sədri Prezident İlham Əliyevlə keçirdiyi görüş və apardığı müzakirələr barədə təəssüratlarını bölüşüb. Senatının sədr, hazırda Misir və Azərbaycan arasındakı münasibətlərin özünün qızıl dövrünü yaşadığını vurğulayaraq, bunu ölkə başçılarının şəxsi münasibətləri, qarşılıqlı səfərləri və müntəzəm təmaslarının nəticəsi kimi dəyərləndirib. O, parlamentlərarası əlaqələrin inkişafında bu münasibətlərin mühüm rol oynadığını qeyd edib və qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Söhbət zamanı, Azərbaycanın 2024-cü ilin dekabrında Misirdə keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci sammitində təşkilata üzv seçilməsi və bu prosesdə bütün üzvlərin, o cümlədən Misirin də ölkəmizin namizədliyini dəstəkləməsi iki ölkə arasında mövcud olan dostluğun bariz nümunəsi kimi dəyərləndirilib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə dair inam ifadə olunub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam