Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Azərbaycanın müdafiə xərcləri -Ötən il bu qədər olub

 

Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən və digər ehtiyat vəsaitlərdən ayrılmış 99,1 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla 2024-cü ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,7 faizi həcmində və ya 6661,3 milyon manat məbləğində vəsait yönəldilib.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabahtda bildirilib.

2024-cü ilin dövlət büdcəsindən cari ödənişlər üzrə müdafiə və milli təhlükəsizlik xərclərinə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 6562,2 milyon manat məbləğində vəsait ayrılıb ki, bu da 2023-cü illə müqayisədə 707,4 milyon manat və ya 12,1 faiz çoxdur. Bu xərclər ÜDM-in 5,2 faizini (2023-cü illə müqayisədə 0,4 faiz-bənd çox), dövlət büdcəsi xərclərinin isə 17,4 faizini (2023-cü illə müqayisədə 1,3 faiz-bənd çox) təşkil edib.

Dövlət büdcəsində xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün 3492,9 milyon manat vəsait yönəldilib.

“Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına uyğun olaraq aparılan tədbirlər çərçivəsində hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35,0 milyon manat vəsait ayrılıb və həmin vəsait hesabına (Bakı şəhəri, Hövsan Yaşayış Kompleksi və Sumqayıt şəhəri, Sumqayıt Yaşayış Kompleksi) Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan cəmi 512 ədəd tam təmirli mənzil alınıb. Həmin mənzillərin hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.

2024-cü ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan əlavə daxil olmuş vəsaitlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 21,7 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 5,0 milyon manat və ya 29,9 faiz çoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam