Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Fidan: İstanbul danışıqları Ukraynada nizamlanma üçün əsas ola bilər

 

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar hərtərəfli atəşkəs və münaqişənin sülh yolu ilə həlli üçün əsas olacaq.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Budapeştdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

"Ümid edirik ki, İstanbul danışıqları gələcəkdə hərtərəfli atəşkəsə, eləcə də ədalətli və möhkəm sülhün bərqərar olmasına yol açacaq", - Fidan bildirib.

Qeyd edək ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar aparılıb. Danışıqların yekunları üzrə Moskva və Kiyev "1000-in 1000-nə" formulu əsasında əsir mübadiləsi həyata keçirmək, gələcəkdə mümkün atəşkəs barədə öz baxışlarını təqdim etmək və danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam