Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Gender bərabərliyi üzrə 2025-2027-ci illər üçün Milli Fəaliyyət Planı qəbul ediləcək

 

Azərbaycanda Gender bərabərliyi üzrə 2025-2027-ci illər üçün Milli Fəaliyyət Planı layihəsi qəbul ediləcək.

Yenixeber.org xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib.

Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

İllik məlumatda bildirilib ki, Dövlət Komitəsi həmçinin "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunun icra mexanizmlərinin təkmilləşdirilməsini də tövsiyə edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tövsiyələri sırasında genderəsaslı büdcə siyasəti və praktikasının formalaşdırılması, siyasi partiyalarda gender bərabərliyinin qorunması, idarəetmə, qərar qəbuletmədə bərabər təmsilçilik, iştirakçılıq imkanlarının genişləndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi də yer alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam