Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Ödənişli yolda avtomobil suyun altında qalıbmış... -VİDEO

 

Xəbər verdiyimiz kimi, Şabran rayonu ərazisində baş vermiş intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də yolun hərəkət hissəsinə dolub.

Yenixeber.org-un məlumatına görə, sosial şəbəkələrdə həmin ərazidə minik avtomobilinin sel sularının altında qalmasını əks etdirən görüntülər yayılıb.

Görüntülərdən suyun səviyyəsinin 1,5 metrə yaxınlaşdığı və avtomobilin banınadək yüksəldiyi məlum olur.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qeyd edilən ərazi ilə bağlı məlumat yayıb. Bildirilib ki, ötən gün yolun sözügedən hissəsində quraşdırılmış su keçidləri və suötürücü borular eyni anda gələn böyük sel kütləsini ötürməyə gücü çatmadığı üçün Bakı şəhər istiqamətində hərəkət məhdudlaşıb.

Görülmüş tədbirlər nəticəsində yola yığılmış su kütləsinin səviyyəsi bir qədər azaldılaraq ödənişli yolla paytaxt istiqamətində hərəkət qismən bərpa olunub. Bu gün isə sel kütləsinin yaratdığı fəsadlar tam olaraq aradan qaldırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam