Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

HƏMAS siyasi partiya olmaq istəyir

 

Fələstinin HƏMAS hərəkatı siyasi partiyaya çevrilməyə hazır olduğunu bildirib.

Yenixeber.org xəbər verir ki, bu barədə “Əl-Hədath” telekanalı məlumat yayıb.

Mənbələrin sözlərinə görə, təşkilatın bəzi liderləri başqa ölkələrdə təqib olunmayacaqları təqdirdə, Qəzza zolağını tərk etməyə razıdırlar.

HƏMAS liderinin müşaviri Tahir əl-Nunu edib ki, təşkilat ciddi bir razılaşma müqabilində girovları azad etməyə hazırdır. Razılaşma İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağından çıxmasını və atəşkəsi nəzərdə tutur.

Qeyd edək ki, Misir HƏMAS-a çıxılmaz vəziyyətdən çıxmaq üçün İsrailə 10-a yaxın girovun qaytarılmasını və Qəzzada saxlanılan 59 israillinin vəziyyəti ilə bağlı ətraflı hesabat təqdim olunmasını təklif edib.

Haaretz qəzetinin mənbələrinə əsasən, Misirin təklifi HƏMAS-ın hücum xarakterli silahlardan imtina etməsini və Qəzzada “Sosial Dəstək Komitəsi” adlı yeni mülki idarəetmə strukturunun yaradılmasını nəzərdə tutur. Bu komitə texnokratlardan ibarət olacaq və HƏMAS, yaxud digər fələstinli qruplarla əlaqəli olmayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam