Redaktor seçimi
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
Günün xəbəri

Azərbaycanda əhalinin neçə faizi taksidən istifadə edir?

 

Azərbaycanda fəaliyyət göstərən “Maxim” taksi sifarişi xidməti əhalinin taksi səfərlərinin tezliyi və xərcləri ilə bağlı araşdırma aparıb.

Yenixeber.org xəbər verir ki, xidmətin mütəxəssisləri, ən azı, ayda bir dəfə taksi sifariş edən istifadəçilərin davranışını araşdırıblar.

Alınan məlumatlara görə, istifadəçilərin 54%-i ayda bir dəfədən çox olmayaraq taksi sifariş edir, 41% xidmətdən həftədə bir-iki dəfə faydalanır, 4% həftədə altı dəfəyədək taksiyə minir, 0,3% isə hər gün taksi çağırır.

Tarif seçərkən istifadəçilərin böyük bir hissəsi (96,6%) “Ekonom”a üstünlük verir. “Komfort” tarifini 0,3% sərnişin seçir.

O ki qaldı xərclərə, istifadəçilərin 83,3%-i taksiyə ayda 15 manatadək sərf edir. 14,7% taksiyə 15-50 manat arası, 1,3% 50-80 manat arası xərcləyir. 0,7% sərnişin ayda taksiyə 80 manatdan çox pul ayırır.  

Araşdırma göstərib ki, Azərbaycanda sərnişinlər daha çox ekonom avtomobillər sifariş edirlər və bu xidmətə nisbətən az pul xərcləməyə üstünlük verirlər.

Bununla yanaşı, əhalinin çoxu nadir halda taksi xidmətindən istifadə edirlər – ayda bir dəfə və ya daha az.

Mütəxəssislərin qənaətincə, taksi avtomobillərinin texniki xüsusiyyətlərinə və zahiri görünüşünə olan tələblərin sərtləşdirilməsi ilə bağlı proqnozlaşdırılan qiymət artımı bu trendin güclənməsinə təkan verəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam