Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Masallıda "Ekomediasiya: Sağlamlıq və Ekologiya arasında Gənclik Körpüsü" layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib

Masallıda "Ekomediasiya: Sağlamlıq və Ekologiya arasında Gənclik Körpüsü" layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə "Gənclərin Anti-Narkomaniya" İctimai Birliyinin həyata keçirdiyi "Ekomediasiya: Sağlamlıq və Ekologiya Arasında Gənclik Körpüsü" layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri Masallı Dövlət Regional Kollecində baş tutub.

Tədbirin məqsədi narkomaniya ilə mübarizənin gücləndirilməsi, gənclərin bu təhlükədən qorunması və sağlam həyat tərzinin təbliği olub.

Tədbiri açıq elan edən layihə rəhbəri Büllur Məmmədova narkomaniyanın cəmiyyətə və insan sağlamlığına vurduğu zərərlərdən bəhs edib. O, bu bəlanın yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən dövlət siyasətini və 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı haqqında gəncləri məlumatlandırıb. Layihə rəhbəri gənclərin maarifləndirilməsinin, sağlam və aktiv vətəndaşların yetişdirilməsinin önəmini vurğulayıb.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, ictimai fəallar və mütəxəssislər çıxış edərək narkomaniyanın sosial, iqtisadi və psixoloji fəsadlarından danışıblar. Onlar narkomaniyaya qarşı aparılan mübarizənin vacibliyini vurğulayaraq, bu istiqamətdəki tərəqqiyə dair son statistik göstəriciləri təqdim ediblər.

Tədbir interaktiv formada keçirilib, iştirakçı gənclərin sualları cavablandırılıb, maarifləndirici materiallar paylanılıb. Gənclərə narkotik vasitələrin yaratdığı təhlükələr haqqında praktiki məlumatlar verilib.

Tədbirin yekununda layihə təşkilatçıları bildiriblər ki, bu cür maarifləndirmə tədbirləri yalnız Masallı rayonu ilə məhdudlaşmır. Layihənin dəvamı olaraq, Azərbaycanın bir çox regionlarında analoji tədbirlərin keçirilməsi planlaşdırılır. Bu, daha çox gənci narkomaniya təhlükəsindən qorumaq və sağlam həyat tərzini təşviq etmək istiqamətində mühüm addımlardan biridir.

Masallıda keçirilən bu tədbir, gənclərin maarifləndirilməsi, onların narkotik vasitələrdən uzaq qalması və sağlam həyat tərzi haqqında biliklərinin artırılması baxımından mühüm rol oynadı.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam