Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Azərbaycan növbədənkənar parlament seçkiləri ilə əlaqədar 20 beynəlxalq təşkilata dəvət göndərib -SİYAHI

 

Sentyabrın 1-nə keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar Azərbaycanın dəvət göndərdiyi beynəlxalq təşkilatların siyahısı məlum olub.

Yenixeber.org: Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat yayıb.

Bildirilib ki, Xarici İşlər nazirliyi tərəfindən seçkiləri izləmək üçün 7 beynəlxalq təşkilata dəvət göndərilib. Bunlar ATƏT DTİHB, MDB, İƏT, GUAM, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, ŞƏT və TDT-dir.

Milli Məclis tərəfindən isə 13 beynəlxalq təşkilata dəvət göndərilib. Bunlar arasında АТӘТ РА, MDB PA, TürkPA, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏT Pİ), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏTPM), GUAM PA, Asiya Parlament Assambleyası (APA), Pan-Afrika Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (İƏT PA), Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyası (AIPA), Ərəb Parlamenti, Beynəlxalq Parlamentarilər Konqresi (IPC), Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) yer alır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam