Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

Pezeşkian: ABŞ və müttəfiqləri İranın nüvə proqramı ətrafında uydurma böhran yaradıblar

 

ABŞ və onun müttəfiqləri İranın sülhməramlı nüvə proqramı ətrafında uydurma böhran yaradıblar, Tehranın müdafiə doktrinası nüvə silahından istifadəni nəzərdə tutmur.

Yenixeber.org xəbər verir ki, bunu İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian deyib.

“ABŞ və onun Qərb müttəfiqləri nüvə silahının yayılmaması rejimindən öz kəşfiyyat icmalarının qiymətləndirmələrinə zidd olaraq İranın dinc nüvə proqramı ilə bağlı böhran uydurmaq üçün qəsdən istifadə ediblər”, - Pezeşkianın "Tehran Times" qəzetində beynəlxalq ictimaiyyətə ünvanlanmış məqaləsində qeyd edilib.

M.Pezeşkian əlavə edib ki, ABŞ eyni zamanda İsrailin nüvə arsenalını dəstəkləməklə Tehrana qarşı belə bir siyasət yürüdür: “Vurğulamaq istəyirəm ki, İsrailin müdafiə doktrinasında nüvə silahı ilə bağlı müddəalar yoxdur. ABŞ-ni keçmiş səhvlərdən dərs almağa və öz siyasətini buna uyğun düzəltməyə çağırıram. Vaşinqtonda məsul şəxslər etiraf etməlidirlər ki, region ölkələrini bir-birinə qarşı qoymaq siyasəti uğurlu deyil və olmayacaq. Onlar bu reallıqla barışmalıdırlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam